RU

"PUB 011" kafesində mübahisə bıçaqlanma ilə sona çatdı

Naxçıvanda "PUB 011" kafesində baş vermiş mübahisə bıçaqlama hadisəsi sona çatıb.

Far.Az-in məlumatına görə, hadisə 2024-cü ilin dekabrında Naxçıvan şəhərində baş verib.

Elşad dostları ilə kafedə olarkən Fərahim adlı şəxslə mübahisə edib. Mübahisəyə qarışan Mehran adlı zərərçəkmiş şəxs Elşadı itələyib və nalayiq ifadələr işlədib.

Elşad evə gedərək bıçaq götürüb və qayıdaraq Mehranı qarın nahiyəsindən bıçaqlayıb. Nəticədə Mehranın qaraciyəri zədələnib, daxili qanaxma baş verib və bu, həyat üçün təhlükəli ağır zərər kimi qiymətləndirilib.

Məhkəmədə Elşad ittihamı tam qəbul edib və peşman olduğunu bildirib. O, hadisəni özünümüdafiə kimi izah edib, lakin Mehranı ilk dəfə gördüyünü və aralarında ədavət olmadığını qeyd edib.

Zərərçəkmiş Mehran da ifadəsində Elşadla barışdıqlarını, şikayətinin olmadığını və maddi ziyanın qarşılandığını söyləyib. Şahidlər (Fərahim, Nihad, Suad və Bəylər) hadisənin təfərrüatlarını təsdiqləyiblər, lakin bıçaqlama anını görmədiklərini bildiriblər.

Məhkəmə tibbi ekspertiza rəylərini nəzərə alıb. Mehranın yarası ağır zərər kimi qiymətləndirilib, Elşadda isə xəsarət aşkar edilməyib. Psixiatrik ekspertiza Elşadın nevrotik reaksiya vəziyyətində olduğunu, lakin cinayət məsuliyyətinə qadir olduğunu müəyyən edib.

Məhkəmə Elşadın ilk dəfə məhkum olunmasını, peşmançılığını, barışığı və atasının vəfatını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib. Cəza ağırlaşdıran hal müəyyən edilməyib. Naxçıvan Ağır Cinayətlər Məhkəməsi 2004-cü il təvəllüdlü Elşad Məmmədu (soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Lakin cəza şərti hesab olunub və 1 il sınaq müddəti təyin edilib.

Избранный
12
1
far.az

2Источники