Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatının Kolkata şəhərində son 39 ilin ən güclü yağışları nəticəsində azı 10 nəfər həyatını itirib.
Leqal.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, 1986-cı ildən bəri qeydə alınan ən güclü yağış səbəbindən 24 saatdan az müddətdə şəhəri su basıb. Şəhərdə və ətraf ərazilərdə bazar ertəsi gecəsindən bəri yaşayış sahələri və ticarət obyektləri ciddi su daşqını ilə mübarizə aparır.
Bir çox əsas yollar hələ də su altında qalır, qatar nəqliyyatı dayandırılıb.
Şəhər hazırda yüksək xəbərdarlıq vəziyyətindədir və qarşıdakı bir neçə gün üçün daha çox yağış proqnozlaşdırılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта