RU

Mourinyo ilk ev oyununda xal itirdi - yenə hakimi günahlandırdı

''Benfika'' Joze Mourinyonun başçılığı altında ilk ev oyununa çıxıb.

Lissabon nəhəngi ötən tur bu məşqçinin debüt oyununda səfərdə AVS-i 3 cavabsız qolla məğlub etmişdi. "Qartallar''ın bu dəfə də asan qələbə qazanacağı proqnozlaşdırılırdı. Çünki 1-ci turdan təxirə salınan oyunda ''Da Luj'' stadionuna 16-cı pillədəki ''Riu Ave'' təşrif buyurmuşdu. Ancaq oyun gözlənilmədən meydan sahibləri üçün çox çətin keçdi. Uzun müddət rəqib müdafiəsini yara bilməyən ''Benfika'' 86-cı dəqiqədə ukraynalı Georgi Sudakov ilə hesabı açdı. Amma bu qol qələbə üçün kifayət etmədi. Qonaqlar əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə bərabərlik qolunu vurmaqla yerli fanatları şoka saldılar.

Beləliklə, ''Benfika'' Mourinyo ilə ilk ev oyununda qələbəyə həsrət qaldı! Adətən komandası qalib gəlmədiyi matçlarda özündən başqa hər kəsi günahlandıran və bəhanə axtarmağa alışan təcrübəli mütəxəssis yenə ənənəsinə sadiq qalaraq hakimlikdən narazılıq etdi. Oyunun gedişində baş hakim Serjio Gelyo Nikolas Otamendinin qayda pozuntusuna yol verdiyini bildirərək ''Benfika''nın qolunu qeydə almadı. Təbii ki, bu məqam Mourinyo üçün gözəl bəhanə oldu:
''Nəticə tamamilə ədalətsizdi. Çünki bu gün bir komanda meydanda qalib gəlmək üçün əlindən gələni etdisə, digər komanda yalnız 1 xal qazanmağa çalışırdı. Amma futbolda bəzən belə şeylər olur. Monitor başındakı şəxsin oyunun əsas qəhrəmanına çevrildiyini görmək xoşuma gəlmir. Rəqibin formasından azca dartmaq qolun qeydə alınmaması üçün əsas olmamalıdı. Baş hakim həmin epizodda xaraktersizlik nümayiş etdirdi''.
Избранный
98
1
football-plus.az

2Источники