Bakı. Trend:
FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarətkomandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinatalıb.
Trend AFFA-ya istinadən xəbərverir ki, Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika –Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç –Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.
Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimifəaliyyət göstərəcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikadakeçiriləcək.