RU

Tualet kağızını tərs asmayın Bilinməyən fəsadları

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Tualet kağızını aparatına taxarkən onun istiqamətini heç düşündünüzmü?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, kiçik görünən bu detal əslində gigiyena və sağlamlıq baxımından düşündüyünüzdən daha vacibdir.

Araşdırmalara görə, kağızın altdan taxılması, xüsusilə rütubətli hamamlarda onun divara toxunmasına və gözlə görünməyən bakteriya və mikrobların kağıza keçməsinə səbəb olur. Bu isə hər vərəqi götürdükdə əlinizə daha çox mikrob keçməsi deməkdir

Mütəxəssislər vurğulayır ki, tualet kağızı üst tərəfdən asılmalıdır. Bu üsul həm kağızın daha rahat qoparılmasına imkan verir, həm də divara toxunmadığı üçün bakteriya bulaşma ehtimalını minimuma endirir. Uşaqlı ailələrdə isə bu üsul kağızın boşuna israf edilməsinin qarşısını almağa kömək edir.

Mütəxəssislər kağızı rütubətdən uzaqda və qapalı qabda saxlamağı, lazım olduğu qədər istifadə etməyi də tövsiyə edir. Bu, həm gigiyenaya, həm də qənaətə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
lent.az

1Источники