RU

Gədəbəydə avtobus qəzasında xəsarət alanların SON DURUMU

Gədəbəydə avtobus qəzasında xəsarət alanların son durumu açıqlanıb.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.
 

Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.


Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Bizim.Media

Избранный
28
4
bizim.media

5Источники