RU

Masallıda itkin düşən yeniyetmə tapıldı

Masallı rayonunda itkin düşən 2011-ci il təvəllüdlü Ümid Tağıyev tapılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, həmin yeniyetmənin olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2011-ci il təvəllüdlü Ümid Tağıyev 22 sentyabr saat 23 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Xəlil Əliyev

Избранный
18
7
unikal.az

9Источники