ain.az, Oxu.az saytına istinadən bildirir.
Tailandın paytaxtı Banqkokun mərkəzi küçələrindən birində yolun çökməsi nəticəsində nəhəng uçqun yaranıb.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı dəhşətli görüntülər yayılıb.
Kadrlarda yol səthinin tamamilə çökdüyü və təxminən 50 metr dərinliyində çuxur əmələ gəldiyi görünür.
Məlumata görə, uçqun suyun səbəb olduğu eroziya nəticəsində yaranıb və hələ də genişlənməkdə davam edir.
İlkin məlumata görə, çökmə zamanı heç kim xəsarət almayıb.
Hadisə yerinə göndərilən xilasedici qruplar çuxurun genişlənməsinin qarşısını almaq və vəziyyəti nəzarət altına almaq üçün işləyirlər.
View this post on Instagram
A post shared by Oxu.Az (@oxuaz)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.