RU

Ağdamda mina partlayışında həlak olan keçmiş döyüşçü "Gizir Xanı" dəfn edilib - FOTO - YENİLƏNİB - VİDEO

Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədov (“Gizir Xanı”) dəfn olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, “Gizir Xanı” Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda torpağa tapşırılıb.

***

12.31

Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədovla (“Gizir Xanı”) vida mərasimi keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, vida mərasimi mərhumun yaşadığı məcburi köçkünlər üçün salınmış Ağdam rayonu Baharlı qəsəbəsindəki evində təşkil olunub.

“Gizir Xanı” Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda dəfn olunacaq.

Ağdamda Ağdamda Ağdamda Ağdamda
Избранный
33
6
apa.az

10Источники