Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədov (“Gizir Xanı”) dəfn olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, “Gizir Xanı” Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda torpağa tapşırılıb.
***
12.31
Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədovla (“Gizir Xanı”) vida mərasimi keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, vida mərasimi mərhumun yaşadığı məcburi köçkünlər üçün salınmış Ağdam rayonu Baharlı qəsəbəsindəki evində təşkil olunub.
“Gizir Xanı” Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda dəfn olunacaq.



