RU

Gürcüstan: Avropa İttifaqının xarici siyasəti “uşaq bağçası səviyyəsindədir” - ÖZƏL

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının xarici siyasətini sərt tənqid edib və onu "uşaq bağçası səviyyəsində" adlandırıb. Olaylar.az xəbər verir ki,  onun sözlərinə görə, Aİ artıq coğrafiyanı nəzərə almır və Gürcüstanın strateji yerləşməsini görmür. Ötən gün Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, ölkə 20 oktyabrda Lüksemburqda keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək. Bu qərar, Gürcüstanın görüşə nazir səviyyəsində deyil, səfir səviyyəsində dəvət olunması ilə bağlıdır. Nazirlik qeyd edib ki, Avropa Xarici Əlaqələr Xidməti isə Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələri - Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın xarici işlər nazirlərini dəvət edib. Gürcüstan bu münasibəti qəbuledilməz sayıb. Papuaşvili bildirib ki, Gürcüstan Aİ ilə "strateji səbr" rejimindədir və Brüsselin qeyri-peşəkar xarici siyasəti həm özünə, həm də regiona zərər verir. O vurğulayıb ki, Avropa İttifaqı artıq ölkənin iqtisadi, demokratik və institusional inkişafını, həmçinin strateji yerləşməsini görməkdə çətinlik çəkir.
Gürcüstan rəsmisinin sözlərinə görə, belə yanaşma Aİ-nin öz nüfuzuna zərər verir və regionda etibarlılığını sarsıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники