RU

Evdə sistem qoşdurmaq ölümlə nəticələnə bilər

Son vaxtlar ev şəraitində sistem köçürmək tendensiyası geniş yayılıb. Bəzi insanlar özlərini və yaxınlarını klinikaya getmədən, evdə müxtəlif mayelərlə müalicə etməyə çalışırlar.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislər bu cür halların insan həyatı üçün ciddi təhlükələr yaratdığını bildirir və vətəndaşları məsuliyyətli olmağa çağırır.

Hətta əczaçılara belə sistem vurdurmaq istəyən vətəndaşlar var. Onların sözlərinə görə, insanlar dəfələrlə  iynə vurulması ilə bağlı aptekə yaxınlaşır:

"Biz bildirəndə ki, bu, bizim işimiz deyil sanki onlar inciyirlər. Bu cür müraciətləri çalışdığımız qədər yaxınlıqda yerləşən klinikalara yönləndiririk".

Məsələ ilə bağlı sahə həkimləri bildirirlər ki, hər xəstəyə sistem lazım deyil. Bəzən sistem insanı yaxşı eləmək yerinə, əks təsir də göstərə bilər. Evdə sistem vurulması riskli prosesdir. Bu, düzgün olmaya da bilər. Həmin an allerjik reaksiyalar, şok belə baş verə bilər. 

Bəs kimlərə sistem qoşula bilər? 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirir ki, ağızdan qidalanması olmayan insanlarda kəskin halsızlıq, yorğunluq varsa, bu halda tibb müəssələrində sistem qoşula bilər. Hər hansı narahatlıq zamanı ilk növbədə mütləq təcili tibbi yardıma məlumat vermək lazımdır. 

Избранный
29
3
day.az

4Источники