RU

Zolağa baxmadan manevr edən “BMW” sürücüsü yolu kəsərək təhlükə yaratdı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, 99-MY-660 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq hərəkət etdiyi zolaqdan qəfil sola keçib. Bu zaman o, görüntünü qeydə alan sürücüyə həm qəza şəraiti yaradıb, həm də hərəkəti çətinləşdirilib.

Təəssüf ki, bəzi sürücülər manevr etməzdən əvvəl zolağın boş olub-olmadığını nəzərə almırlar və nəticədə qəza riskini artırırlar.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
66
avtosfer.az

1Источники