RU

Kitab çap olunmayıb dedi, amma... Tərcüməçidən Şahbaz Xuduoğluna ittiham

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Keçən il də bu aylarda “Qanun”la problem yaranmışdı. Yaranmışdı deyəndə ki, Con Boynenin “ Bütün dağılmış yerlər” kitabını təcili tərcümə etməyə vermişdilər. Müəllif sərgiyə gəlməliydi, kitab o vaxtacan hazır olmalıydı. Mən də vaxtından qabaq təhvil verdim, dedilər, kitab çapa getdi. Sərginin ilk günü Şahbaz bəydən kitabın çap olunub-olunmadığını soruşdum. Dedi ki, yox, çatdıra bilmədik, kitab çap olunmayıb. Həmin gün "Crescent Mall"da yerləşən “Əli və Nino”da Con Boyn ilə görüş keçirilib . Nigar Köçərli, Şahbaz və Con Boyn şəkil çəkdirib paylaşmışdılar, mənim tərcümə etdiyim kitab Nigarın əlindəydi. İndi siz deyin, tərcüməçi hirslənməsin, neyləsin?"

Kulis.az xəbər verir ki, bu sözləri tərcüməçi Sevil Gültən öz sosial media hesabında yazıb.

O, həmçinin digər nəşriyyatlarla yaşadığı problemlərə də toxunub:

“Qanun”la əməkdaşlıq etmirəm daha. Necə deyərlər, minnətləri olsun. (indi hardasa oxudum ki, 8 aydır qonorar vermirlər) Avqust ayında MİMTA yayınlarından zəng etdilər, Rey Bredberinin bir kitabını tərcümə etdirmək istəyirdilər. Razılaşdım. Avans istədim, verdilər. (sonradan naşir bunu başıma qaxınc etdi) Böyük kitab deyil. PDF-də 160 səhifə. Və mənim də ən azı 45 illik tərcümə təcrübəm var. Kitab tərcümə baxımdan çətin idi, demək olar hər sözün simvolik mənası vardı. Demək olar, elə gün olurdu cəmi 5-6 səhifə tərcümə edirdim. Bəzən isə 15 səhifə. Kitabı bir aydan tez tərcümə edib bitirdim. Tərcümədən sonra üç dəfə oxudum. Naşir dedi ki, bu kitab oktyabrın 1-də keçirilən sərgiyəcən çap olunacaq. Kitabı Mahir Qarayev redaktə edəcək.

Və mən o kitabı təhvil verəndən sonra “Qanun”da eyniadlı kitabın tərcüməsi haqda fikirlərimi paylaşdım. O tərcüməyə tərcümə demək olmazdı mənim tərcüməmlə müqayisədə.(özümü tərifləmirəm, mənə inanmaq istəməyən həmin tərcümədən də bir abzas oxusun, mənim tərcüməmdən də)

Nəysə. Mən “Qanun” və “ TEAS Press” nəşriyyatı ilə əməkdaşlıq etmişəm. Hər iki nəşriyyatda redaktədən sonra kitabı mənə göndəriblər, ya da redaktə prosesində redaktorlar mənə zəng ediblər. “Qanun”da əksər redaktorların işindən narazı olmuşam, amma “ TEAS”dakı redaktorlardan çox şey öyrənmişəm. Kərim Kərimli, Famil Cəfərli... Onlara minnətdaram normal redaktə üçün.

Bu yaxınlarda naşirə zəng vurub redaktə prosesiylə maraqlandım. Bildirdi ki, redaktor mənim tərcüməmi “hərfi tərcümə” adlandırıb, hər cümləni dəyişmək lazımdır. Nə haqla belə deyib, özü bilər, Allahı bilər. İstənilən tərcümədə səhv ola bilər, amma “tərcümədəki bütün cümlələr dəyişməlidir “ nə deməkdir? Redaktor onu da deyib ki, ehtiyac olanda öz qızıyla məsləhətləşir. Sual olunur, niyə redaktor mənə zəng edib nəyisə dəqiqləşdirmir? Qızı ingilis dilini bilir, çox yaxşı, amma bu kitabın tərcüməçisi mənəm.

Dünən naşirin elektron poçtuna yenə mesaj yazdım. Cavab yazmadı. Bu səhər votsapla mesaj yolladım. “Sizə deməmişəm ki, bu işlə bağlı mənə heç nə yazmayın?”

Bu naşir sevinməlidir ki, mən redaktə olunmuş mətnə vaxt ayırıram.

Nəysə. Mahir Qrayevin nömrəsini tapdım. Dedi ki, hələ redaktə davam edir. Mən bildirdim ki, bu kitabı 25 günə ( bəlkə, daha az) tərcümə etmişəm, niyə redaktə belə uzun çəkir?“

"Ona görə tərcümə bu gündədir”- təxmini belə cümlə dedi.

Dediyinə görə, bütün cümlələr dəyişməlidir. Cümlədə hansısa söz sinonimiylə əvəz oluna bilər. Soruşuram ki, qardaş, niyə redaktə vaxtı mənimlə əlaqə saxlamırsınız? “ Cavab: mən sizi tanımıram. Kitabı mənə nəşriyyat verib, bitirəndən sonra onlara təhvil verəcəm”.

Mənə nəyi irad bildirir? Dialoqlarda “ siz” deyil, “ sən” işlətdiyimi. Tərcüməçi mətni duyur, obrazları hiss edir. Tutaq ki, 17 yaşlı qızla yaşı 30-u keçmiş yanğınsöndürən rastlaşır. Onların dialoqunda “sən” işlətdim. "Siz” mətni daha quru edir. Yaxud əsərin əsas qəhrəmanı yaşlı professorla tanış olur. İlk vaxtlar “ siz “lə danışırlar. Amma sonra əsərin qəhrəmanı yenidən həmin professorun evinə gedir, çətin vəziyyətə düşüb, metroda gedərkən qəribə hərəkətlər edir, ona "dəli" deyirlər. İndi deyin görək, bu vəziyyətdə olan insan “ sən”lə müraciət edər, yoxsa “siz” lə? Əlbətə, “ sən”lə.

Ürəyimə nə damıb? Açıq deyirəm, Rey Bredberinin bu kitabı dünyada çox məşhurdur. Həm də tərcümə baxımdan çox çətindir. Redaktor naşiri inandıra bilər ki, bu kitabda hər cümləni dəyişib, yəni Sevil Gültənin tərcüməsindən əsər-əlamət qalmayıb, belə olanda tərcüməçi kimi mənim adımı deyil, kefləri istəyən birinin ( redaktorun qızının ingilis dili mütəxəssisi olduğunu nəzərə alıb onun da adını yazmaq olar) yaza bilərlər.

Mahir Qarayev bu kitabı qısa müddətə tərcümə etdiyim üçün bərbad olduğunu dedi. Ona bir misal çəkmək istəıdim, vaxtının az olduğunu deyib dinləmədi.

Deməli, zəngin bir kişi rəssamdan xahiş edir ki, onun portretini çəksin. Rəssam onun portretini yarım saata çəkib qurtarır. Kişi əziyyət haqqının nə qədər olduğunu soruşur. Rəssam: “5 min dollar”- deyir.

Kişi təəccübləınir.

– Yarım saatlıq iş üçün 5 min dollar?

– Yarım saata portret çəkə bilmək üçün 40 il təcrübə toplamışam,– rəssam cavab verir.

Burdan Mahir Qarayevə üz tutub deyirəm ki, hörmətli redaktor, tərcüməçi,şair, mən 100 səhifəlik kitabı on günə də tərcümə edə bilərəm. Çünki ən azı 45 il təcrübəm var.

Süni intellektlə aktyoru cavanlaşdırdılar

Obama üçüncü "Emmy" mükafatını qazandı

9 qardaşı öldü, qəbrində quzu basdırdılar... - Onu kim kor eləmişdi?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
kulis.az

2Источники