Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.
Pakistanın Bəlucistan əyalətinin Mastunq rayonunda sərnişin qatarına edilən bombalı hücum edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dəmir yolu rəsmiləri bildiriblər ki, bomba partlayışı Pişəvər-Kvetta xəttində hərəkət edən sərnişin qatarı olan Jaffar Express-i hədəf alıb.
Rəsmilər Mastunq rayonunda relslərə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində qatarın altı vaqonunun relsdən çıxdığını bildirib. Vaqonlardan birinin aşması nəticəsində 12 sərnişin yaralanıb.
Partlayışdan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri sövq edilib, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Dəmiryolu rəsmiləri hücum zamanı qatarda 270 sərnişinin olduğunu və təhlükəsizlik yoxlamaları tamamlandıqdan sonra zədələnmiş xəttin təmir ediləcəyini və qatarların hərəkətinin bərpa olunacağını vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.