RU

Çində bu səbəbdən 2 milyon insan təxliyə olunub

Bakı. Trend:

Dağıdıcı Raqasa super-tayfununun yaxınlaşması ilə əlaqədar Çinincənubunda yerləşən Quanqdonq əyalətindən 2 milyona yaxın insantəxliyə olunub.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, “Qasırğaların şahı” adlandırılan super-tayfununtəkcə Juhay şəhərinə gün ərzində bir aylıq yağıntı normasınıgətirəcəyi proqnozlaşdırılır.

Artıq qasırğa Tayvanda böyük dağıntılara və insan itkilərinəsəbəb olub. Azı 14 nəfərin həyatını itirdiyi bildirilir.

Məqalədə:
Избранный
14
az.trend.az

1Источники