RU

"Barselona" portuqaliyalı futbolçuya göz dikib

İspaniya La Liqasında mübarizə aparan "Barselona" klubu "Sportinq"in (Portuqaliya) müdafiəçisi Qonsalu İnasiunu transfer etmək niyyətindədir.

"Bakuinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Lissabon təmsilçisi bunu nəzərə alaraq 24 yaşlı portuqaliyalı futbolçu ilə müqavilənin uzadılması barədə danışıqlara başlayıb.

Klubla futbolçu arasında yeni, 2030-cu ilin yayına qədər nəzərdə tutulan saziş imzalanacağı gözlənilir. Həmçinin, Portuqaliya komandası futbolçuya 60-80 milyon avro arasında qiymət təyin edib.

Qeyd edək ki, Q.İnasiu 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə edib. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. "Transfermarkt" oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.

Избранный
23
bakuinfo.net

1Источники