RU

“Xanı” ilə vida mərasimi keçirilir -FOTO

Ötən gün mina partlaması nəticəsində həyatını itirmiş “Xanı ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovun nəşi ailəsinə təhvil verilib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhumla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Qeyd edək ki, S.Əhmədov Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində minaya düşərək həlak olub.

Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. O, həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Onun vətən uğrunda döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. 

 




Избранный
49
6
redaktor.az

7Источники