RU

FİFA çempionatla bağlı yeni təklifi dəstəkləyəcək

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA ) dünya çempionatları ilə bağlı yeni plan üzərində işləyir.Reyting.az xəbər verir ki, bu barədə "Ole" məlumat yayıb.Dünyanın ali futbol qurumu DÇ-2030-un final mərhələsində 64 komandanın iştirak etməsini istəyir.Qeyd olunub ki, təşkilat Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dünya çempionatında rekord komada sayı təklifini dəstəkləyəcək. Bu halda turnir hər biri 4 komandadan ibarət 16 qrupla keçiriləcək. Qruplarda ilk iki yeri tutan kollektivlər birbaşa pley-offa yüksələcəklər.Oyunların İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcəyi bildirilir. Qeyd edək ki, DÇ-2026-da da komanda sayı baxımından rekord nəticə qeydə alınacaq. Belə ki, tarixdə ilk dəfə mundialda 48 komanda iştirak edəcək. Bunadək dünya çempionatlarında 32 milli mübarizə aparırdı.(QOL.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
3
reyting.az

5Источники