RU

8 aydır qonorarımızı ala bilmirik Gərək Şahbaz Xuduoğlunun videolarını..

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

"Biz hər dəfə Şahbaz adını aşbazla qarışdırırıq deyə, 8 aydır qonorarımızı ala bilmirik". Kulis.az xəbər verir ki, bu sözləri şair Qismət Rüstəmov öz sosial şəbəkə hesabında yazıb. O, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunu tərcümə qonararlarını gecikdirməkdə ittiham edib:""Qanun" nəşriyyatında yeni qonorar sistemi."Qanun" nəşriyyatı milli irsimizə yiyə durmaq, folklorumuzun əbədiyaşar mifoloji məntiqini iş həyatına tətbiq etmək üçün yeni qonorar sistemi yaradıb. Kim hər həftə Şahbaz bəyin paylaşdığı yemək videolarına baxıb bu yanıltmacı deyə bilmirsə, qonorarını ödəmirlər:"Aşbaz Şahbaz aş asmış, asmışsa da, saz azmış." Məsələn, biz hər dəfə Şahbaz adını aşbazla qarışdırırıq deyə, 8 aydır qonorarımızı ala bilmirik. Bu yanıltmacı deyib qonorarını alan tərcüməçi varsa, xahiş eləyirəm, video çəkib şərhə atsın, baxaq, öyrənək".

Bakı ilə necə yadlaşdıq?

99 yaşlı aktrisa vəfat etdi

Yazıçı Şəmistan Nəzirli vəfat etdi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
kulis.az

2Источники