RU

Türkiyə ilə ABŞ arasında 43 milyardlıq müqavilə

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında cümə axşamı Vaşinqtonda baş tutacaq danışıqlar əsnasında 43 milyard dollar dəyərində maye qaz idxalına dair uzunmüddətli razılaşma əldə oluna bilər.

"Bakuinfo" xəbər verir ki, bu haqda Türkiyə “Ekonimim” nəşri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdara istinad edərək məlumat yayıb.

Albayraq bildirib ki, sentyabrın 25-də Vaşinqtonda ABŞ-nin maye qazının idxalı məsələsində böyük bir addım atıla və müqavilənin təfərrüatı ilə bağlı həmin gün açıqlama verilə bilər.

Nəşrin məlumatına görə, sazişin müddəti 2045-ci ilə kimi olacaq və Türkiyə hər il bu müddət ərzində ABŞ-dən 2.15 milyard dollarlıq maye qaz idxal edəcək.

Избранный
18
5
bakuinfo.net

6Источники