Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp BMT-nin mənzil qərargahına gedərkən problemlə üzləşiblər. Tramp çıxış etmək üçün konfrans zalına qalxmaq istəyərkən eskalator işləməyib. Nəticədə Ağ Ev rəhbəri və Melaniya pilləkənləri piyada qalxmalı olublar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunun fonunda Ağ Evin mətbuat katibi Caroline Levitt açıqlama yayıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar BMT-ni ABŞ prezidenti Donald Tramp eskalatorda olarkən onun işləməməsi ilə bağlı araşdırma aparmağa çağırıb.
“Prezident və birinci xanım eskalatora qalxarkən BMT-də kimsə qəsdən eskalatoru dayandırıbsa, onlar işdən çıxarılmalı və dərhal araşdırılmalıdır", - o, qeyd edib.