RU

Azərbaycanın qlobal proseslərdə iştirakı və məsuliyyətli tərəfdaş imici güclənir




“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında iştirakı, dövlətimizin müasir geosiyasi reallıqlarda oynadığı rolun gücləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin beynəlxalq gündəmdə fəallığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan liderinin zaman-zaman BMT-nin yüksək səviyyəli müzakirələrində iştirakı təkcə ölkəmiz üçün deyil, eyni zamanda beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır:

“Prezident İlham Əliyevin BMT kimi qlobal təşkilatda, onun müxtəlif strukturlarının toplantı və sessiyalarında iştirakı, çıxış etməsi Azərbaycan dövlətinin beynəlxalq aləmdə fəallığını və söz sahibinə çevrildiyini göstərir. Bu, Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasına və diplomatik əlaqələrinin möhkəmlənməsinə şərait yaradır. Cənab İlham Əliyev bu mötəbər tribunadan çıxış edərək Azərbaycanın xarici siyasət prioritetlərini, ərazi bütövlüyü məsələlərini və regional təhlükəsizliklə bağlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Xüsusilə post-münaqişə dövründə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmə təqdim edilməsi baxımından bu kimi səfərlər və edilən çıxışlar böyük önəm daşıyır”.

Millət vəkili deyib ki, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan Prezidenti bir sıra ikitərəfli görüşlər də keçirib:

“Azərbaycan dövlət başçısı iki gün ərzində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirdi. Hesab edirəm ki, bu kimi görüşlər müxtəlif ölkələrlə siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Eyni zamanda belə görüşlər azad Qarabağa, orada mövcud olan investisiya mühiti barədə maraqlı dairələrin məlumatlandırılması baxımından da olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, bu kimi tədbirlər, keçirilən ikitərəfli görüşlər iqlim dəyişmələri, davamlı inkişaf, enerji təhlükəsizliyi, beynəlxalq terrorizm və digər qlobal çağırışlara dair Azərbaycanın mövqeyinin səsləndirilməsi baxımından da faydalıdır. Bununla dövlət başçımız ölkənin bu problemlərin həllinə töhfə verməyə hazır olduğunu nümayiş etdirir. Bu da Azərbaycanın qlobal proseslərdə iştirakını və məsuliyyətli tərəfdaş imicini gücləndirir. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrini – məsələn, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları kimi layihələri təqdim edir ki, bu təşəbbüslər də regional əməkdaşlığa və iqtisadi inteqrasiyaya böyük töhfə verir”.

Süleyman
Избранный
31
1
newscenter.az

2Источники