RU

Qarabağ separatçılarının axtarılan nümayəndəsiÖLÜ TAPILDI

Rusiyanın axtarışa verdiyi qondarma “Dağlıq Qarabağ prezidentinin keçmiş xüsusi nümayəndəsi” Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun ayaqyolunda intihar edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-inin məlumatında bildirilib.

Məlumata görə, Avakyan özünü ayaqyolundan kəndirlə asıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını zorla açıb və onun cansız cəsədini aşkar ediblər.

Avakyan qondarma “Dağlıq Qarabağ prezidentinin xüsusi nümayəndəsi” və “Qarabağ Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini” vəzifələrində çalışıb (sonuncu vəzifəni 2021-ci ilin aprelinə qədər tutub).

O, Rusiyada “Rosreyestr” və “Rosimuşestvo” regional idarələrində müxtəlif vəzifələr tutub.
Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi Avaqyanı gömrükdən yayınma ittihamı ilə axtarışa verib. 

Избранный
39
redaktor.az

1Источники