RU

Türkiyədə əmlak satışı ilə vətəndaşlıq alan şəbəkə çökdürüldü

BAKI, TurkicWorld, Fərid Mikayılov

İstanbul mərkəzli 19 şəhərdə keçirilən genişmiqyaslı əməliyyatla, xaricilərə saxta əmlak satışı yolu ilə Türkiyə vətəndaşlığı qazandıran cinayət şəbəkəsi çökdürülüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Yerlikaya, təşkilat üzvlərinin “Cinayət törətmək məqsədilə təşkilat qurmaq, təşkilata üzv olmaq, miqrant qaçaqmalçılığı, cinayət yolu ilə əldə edilmiş əmlakı yuma, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması” kimi ittihamlarla araşdırıldığını vurğuladı.

Əldə edilən məlumata görə, şəbəkənin başçısı M.A.-nın rəhbərliyi altında hərəkət edən dəstə 451 əcnəbinin ailələri ilə birlikdə saxta əmlak satışı vasitəsilə Türkiyə vətəndaşlığı almasına səbəb olub. Onların vətəndaşlıqlarının ləğvi üçün dərhal hüquqi prosedurlar başladılıb.

Əməliyyat çərçivəsində şübhəlilərə məxsus:

  • bir holdinq şirkəti,
  • 5 anonim şirkət,
  • 1240 mənzil,
  • 47 avtomobil,
  • 65 torpaq sahəsi və
  • bank hesabları müsadirə olunub.

Yerlikaya əməliyyatda iştirak edən bütün dövlət qurumlarını və polis əməkdaşlarını təbrik edərək, cinayətlərlə mübarizədə qətiyyətin davam edəcəyini vurğulayıb.

Избранный
53
turkic.world

1Источники