RU

“Statistika sistemi milli və qlobal çağırışlara cavab verir” -

“Son illərdəki proseslər statistikanın üzərinə daha böyük məsuliyyət qoyub”.Metbuat.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini Tahir Budaqov Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda deyib. Komitə sədri bildirib ki, milli və qlobal çağırışlara cavab verməyi özünə prioritet hesab edən Milli Statistika sistemi daim inkişafdadır: “Azərbaycanda müasir statistika sisteminin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır. Yeni statistika istiqamətlərinin formalaşdırılması, idarəetmədə keyfiyyətin yüksəldilməsi və mühüm tədbirlərin icrası nəticəsində ölkəmizin statistikası beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və beynəlxalq uyğunluq sertifikatı ilə təsdiqlənib”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
107
metbuat.az

1Источники