Babək prospektində baş verən yol qəzasında sürücü ölüb.
Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilbi ki, "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində "Babək" körpüsü üzərində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet Aveo" markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və vətəndaş deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Məmmədli Allahverdi Məmməd oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.