“Atəşkəs və adekvat səviyyədə təhlükəsizlik təmin olunarsa, Ukraynada Prezident seçkiləri keçirilə bilər”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsi zamanı deyib.
O bildirib ki, əgər atəşkəs olarsa, biz seçkilərin keçirilməsinə hazırıq.
“Biz seçkiləri tərəfdaşlarımızla birlikdə və təhlükəsizlik zəmanəti altında keçirə bilərik”, - deyə Zelenski vurğulayıb.
Daşqın HəsənovMissiya.Az