RU

The Economist: Tramp parastemol barədə yanılır...

Ağrıkəsici dərman və autizm arasında əlaqə hələ təsdiqlənməyib...

ABŞ prezidenti Donald Tramp 22 sentyabr tarixində keçirilən mətbuat konfransında geniş istifadə olunan ağrıkəsici dərman Taylenol (asetaminofen, daha çox parasetamol kimi tanınır) barədə ciddi xəbərdarlıq edib. Tramın administrasiyası iddia edir ki, dərman autizm və diqqət defisiti-hiperaktivlik sindromu (ADHS) ilə əlaqəlidir, uşaqlar üçün təhlükəlidir və real faydası yoxdur.

Poliqon The Economist nəşrinə istinadən xəbər verir ki, alimlər parasetamolun autizmə səbəb olduğu barədə heç bir qəti nəticəyə gəlməyiblər. Tədqiqatların nəticələri qarışıqdır. Məsələn, 2024-cü ildə ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) dəstəyi ilə aparılmış təxminən 200 000 uşağı əhatə edən böyük bir tədqiqat hamiləlik zamanı parasetamol qəbulunun autizmə səbəb olmadığını göstərib. Eyni zamanda, Boston Birth Cohort kimi digər araşdırmalar yüksək dərman təsirinin autizm və ADHS riskini artırdığını bildirir.

FDA (ABŞ Qida və Dərman İdarəsi) qeyd edir ki, təsir mexanizmi hələ tam sübut olunmayıb, lakin parasetamol plasenta vasitəsilə keçərək hormonal sistemi və beyin inkişafını təsir edə bilər. Bu səbəbdən NIH əlavə 50 milyon dollar ayıraraq mövzunu tədqiq edir.

FDA dərmanın etiketi ilə bağlı yeniləmə planlaşdırsa da, qadınlara parasetamoldan tam imtina etməmək tövsiyə olunur, çünki hamiləlikdə yüksək hərarət uşaq üçün təhlükəlidir. Hazırda bu dərman hamilələrdə yüksək hərarət üçün icazə verilmiş yeganə reçetesiz vasitədir.

Tramp isə qadınlara “sadəcə ağrıya dözməyi” təklif edib ki, bu da mütəxəssislər tərəfindən tənqid olunub. Belə ki, infeksiyalar və yüksək hərarət də autizm riskini artırır.

FDA həmçinin leykovorinin istifadəsini təsdiqləyib — fol turşusuna oxşar maddə, beyin folat çatışmazlığı (CDF) vəziyyətində istifadə olunur və autizmə bənzər simptomlarla müşayiət oluna bilər. Kiçik klinik tədqiqatlarda autizmli uşaqlarda simptomların yaxşılaşdığı müşahidə edilib, yan təsirlər isə minimal olub.

Mütəxəssislər bildirirlər ki, Trampın açıqlamaları vəziyyəti daha da qarışdırıb. Onun sərt bəyanatları autizmin genetik və ekoloji amillərin kompleks təsiri ilə inkişaf etdiyini əks etdirmir. Lakin mövzuya diqqət əlavə resursların ayrılmasına və autizmli uşaqların ailələrinə dəstəyin artırılmasına xidmət edə bilər.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники