RU

Rusiyada ƏDV artırılacaq

Rusiya Maliyyə Nazirliyi 2026-cı il yanvarın 1-dən əlavə dəyər vergisinin (ƏDV) 22%-ə qədər artırılmasını təklif edib.

APA-nən Moskva bürosu xəbər verir ki, nazirliyin hökumətə təqdim etdiyi büdcə paketi ilə bağlı press-relizində deyilir ki, ƏDV-nin artırılması ilə toplanan vəsaitlər ilk növbədə müdafiə və təhlükəsizliyin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

ƏDV-nin 10%-lik güzəştli dərəcəsi bütün sosial əhəmiyyətli mallar, o cümlədən ərzaq, dərman və tibbi məhsullar, uşaq məhsulları və digərləri üçün qüvvədə qalacaq.

Təklif qəbul olunarsa, Rusiya Vergi Məcəlləsinə edilən dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Избранный
10
4
apa.az

5Источники