RU

“Karvan Yevlax”dan yayılan iddialarla bağlı AÇIQLAMA

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Karvan-Yevlax” klubunda maliyyə ilə bağlı heç bir problem yoxdur”.

İdman.biz-in məlumatına görə, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Komandanın Misli Premyer Liqasının VI turunda “Neftçi” ilə baş tutacaq oyuna hazırlıqlarının davam etdiyi vurğulanıb:

“Oyunçular gün ərzində iki dəfə təşkil olunan məşq prosesində məşqçilərin verdiyi tapşırıqları yüksək səylə yerinə yetirirlər. Hazırlıq prosesi “Karvan-Yevlax”ın məşq bazasında baş tutur. Komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur. Klub üzvlərinin əmək haqqları ştat cədvəlinə uyğun olaraq sentyabrın 3-də rəhbərlik tərəfindən tam şəkildə ödənilib. Bununla yanaşı, “Qəbələ” ilə heç heçə və “Kəpəz” üzərində qazanılan qələbəyə görə rəhbərlik tərəfindən futbolçular, məşqçilər və inzibati heyətə mükafatlar da verilib. Azarkeşləri və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar mütəmadi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanır”.

Qeyd edək ki, “Karvan-Yevlax” beş turdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
8
icma.az

10Источники