RU

Azərbaycanda 6 milyondan çox insanın səsvermə hüququ var

“2,4 milyon ev təsərrüfatına 2022-2023-cü illərdə baxış keçirilib”. Manset.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.O bildirib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb:

“Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var. Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib”.

Избранный
193
7
manset.az

10Источники