RU

Sabunçunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin "Hacı Seyfəl" orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı sentyabrın 24-də saat 10:00-dan işlər başa çatanadək adı çəkilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə yaranacaq.

Избранный
12
37
ucnoqta.az

10Источники