sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
FİFA 2030-cu ildə təşkil olunacaq dünya çempionatında iştirakçı komandaların sayını 64-ə çatdırmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Ole" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, ali futbol qurumu Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dünya çempionatında iştirakçı sayını artırmaq təklifini dəstəkləyəcək. Bu halda turnir hər birində dörd komandadan ibarət 16 qrupda keçiriləcək. İlk iki yeri tutan milli pley-offa yüksələcək.
Oyunların İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcəyi bildirilir. Dünya Çempionatının üç qrup oyunu Cənubi Amerika ölkələrində, qalan matçlar isə Avropa və Afrikada keçiriləcək.
Qeyd edək ki, FİFA daha əvvəl iştirakçı sayını 32-dən 48 komandaya qədər artırıb. 2026-cı ildə təşkil olunacaq dünya çempionatı 48 millinin iştirak edəcəyi ilk mundial olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.