RU

Osloda bu səbəbdən əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Ajans.az xəbər verir ki, bu barədə “Dagsavisen” qəzeti şəhər polisinin məlumatına istinadən xəbər yayıb. Polis bəyanatında həmin ərazidə hələ də partlayıcı qurğuların olduğu bildirilir. Əhaliyə təhlükəsizlik məqsədilə pəncərələrdən uzaq durmaq tövsiyə olunub. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, küçədə bir neçə partlayıcı qurğu aşkar edilib, onlardan biri artıq işə düşüb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur. Polis hansı növ partlayıcı qurğulardan söhbət getdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan öncə Oslonun havalimanı da gecəyarısından etibarən bağlanması barədə xəbər yayılıb. Buna səbəb şəhər üzərində pilotsuz uçuş aparatının görünməsi barədə məlumat idi. 

Избранный
16
1
Ajans.az

2Источники