RU

Özbəkistan millisinin direktoru: Əminəm ki, Azərbaycan III MDB Oyunlarına ideal səviyyədə hazırlaşıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan möhtəşəm ölkədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək Özbəkistanın futbol üzrə U-15 yığmasının direktoru Nuriddin Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Funksioner onları uğurlu yarışın gözlədiyini söyləyib: "Azərbaycanda çox yaxşı idman qurğuları var. Əminəm ki, ölkəniz III MDB Oyunlarına ideal səviyyədə hazırlaşıb. İki ildir bu yarış üçün hazırlaşırıq. Uğurlu nəticə əldə etmək istəyirik".

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
azertag.az

2Источники