RU

"Azərbaycanın dini azadlığa sadiqliyi regional sabitlik üçün nümunədir"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Yuta Senatının prezidenti Stüart Adams, "Stirling" Fondunun rəhbərliyi və Yuta ştatından olan yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Görüşdə Ceyhun Bayramov "Stirling" Fonduna Azərbaycanla uzunmüddətli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Nazir Azərbaycanın əsrlər boyu mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsini vurğulayaraq ölkənin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik üçün nümunə olduğunu qeyd edib.

Избранный
24
4
publika.az

5Источники