RU

Azərbaycan və Ekvador arasında siyasi məsləhətləşmələrə dair protokol imzalandı

BAKI, 24 sentyabr. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ekvadorlu həmkarı Qabriella Sommerfeld ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, nazirlər siyasi məsləhətləşmələrin gücləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın şaxələndirilməsi, eləcə də BMT, Qoşulmama Hərəkatı və daha geniş beynəlxalq platformalar çərçivəsində daha sıx əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ekvador Respublikasının Xarici İşlər və İnsan Mobilliyi Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol"u imzalayıblar.

Избранный
33
3
teleqraf.com

4Источники