RU

Yevlaxda azyaşlı atasının idarə etdiyi traktorun altında qalıb öldü

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.

"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.

Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası - 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.

Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
48
14
unikal.az

10Источники