RU

Alla Puqaçova Dudayevlə bağlı ifadələrinə görə məhkəməyə verilib

BAKI, 23 sentyabr. TELEQRAF

Moskvanın Savelovski Məhkəməsi vəkil və müharibə veteranı Aleksandr Treşçevin İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudayevlə bağlı səsləndirdiyi fikirlərə görə müğənni Alla Puqaçovaya qarşı qaldırdığı iddianı qeydə alıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"İddiaçı bildirib ki, bu yaxınlarda internetdə yayımlanan videomüsahibədə Puqaçova Rusiya Federasiyasının prezidenti, ordusu və hüquq-mühafizə orqanlarının ünvanına böhtan xarakterli bəyanatlar verib, Rusiya xalqını təhqir edib”, - mətbuat xidməti bildirib.

Treşçev məhkəmədən cavabdehin təkzib verməsini və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb edib.

2022-ci ilin yazında Puqaçova ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. Müğənni sentyabrın 10-da verdiyi müsahibədə Dudayevi mədəni, ziyalı və hörmətli insan adlandırıb, onun ailəsini tərifləyib.

Избранный
22
1
teleqraf.com

2Источники