RU

Zelenski: Ukrayna hərbçiləri bir ay ərzində 360 kvadratkilometr ərazini Rusiya ordusundan azad edib

Kiyev, 23 sentyabr, AZƏRTAC

Ukrayna hərbçiləri bir ay ərzində 360 kvadratkilometr ərazini Rusiya ordusundan azad edə bilib. Rus hərbçiləri də mühasirəyə alınıb.

AZƏRTAC “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı məlumat verib.

“Əsgərlərimiz bu ay 360 kvadratkilometr ərazini işğaldan azad edib və 1000 əsgəri mühasirəyə alıb”, - deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, ukraynalı hərbçilər Rusiya müharibəni bitirənə qədər əməliyyatlarını davam etdirəcək. “Ümid edirəm ki, onlar istənilən halda buna son qoyacaqlar”, - deyə Ukrayna lideri qeyd edib.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
7
10
azertag.az

10Источники