Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Assambleyada çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki silahlı qarşıdurma zamanı öz işçilərini qoruya bilmədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğanın çıxışı BMT Baş Assambleyasının internet saytında yayımlanıb.
“BMT Qəzza zolağındakı öz işçilərini belə qoruya bilmədi”, - o, qeyd edib.
Türkiyə Prezidenti İsraili Qəzzada jurnalistlərə qarşı hücumlarda da ittiham edib.