RU

İtaliya Fələstini bu şərtlə tanıyacaq

İtaliya Fələstin dövlətini girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması şərti ilə rəsmən tanıya bilər.

Moderator.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Əksər ölkələr Fələstini tanımaq üçün öz təklifini təqdim edəcək. Lakin bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması əsas şərtdir”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa, Belçika, Lüksemburq, Malta, Andorra və Monako Fələstin dövlətini rəsmən tanıdıqlarını elan ediblər.

Избранный
9
6
moderator.az

7Источники