AZ

Ciorcia Meloni İtaliyanın Fələstini rəsmən tanımasının şərtini açıqlayıb

Roma, 23 sentyabr, AZƏRTAC

İtaliya Fələstin dövlətini girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması şərti ilə rəsmən tanıya bilər.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Əksər ölkələr Fələstini tanımaq üçün öz təklifini təqdim edəcək. Lakin bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması əsas şərtdir”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa, Belçika, Lüksemburq, Malta, Andorra və Monako Fələstin dövlətini rəsmən tanıdıqlarını elan ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
6
6
azertag.az

7Mənbələr