RU

Estoniya Böyük Britaniyanın nüvə silahı daşıya bilən qırıcılarını qəbul etməyə hazırdır

London, 23 sentyabr, AZƏRTAC

Estoniya müdafiə naziri Hanno Pevkur ölkəsinin Böyük Britaniyaya məxsus nüvə silahı daşıya bilən F-35A tipli qırıcı təyyarələri qəbul etməyə hazır olduğunu bildirib.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, nazir jurnalistlərin Estoniyanın gələcəkdə nüvə silahı daşıya bilən Britaniyanın F-35A qırıcılarını yerləşdirməyə hazır olub-olmayacağı sualına buna həmişə açıq olduqlarını bildirib. “Müttəfiqlər üçün qapımız daim açıqdır”,- deyə nazir vurğulayıb.

Xatırladaq ki, bu ilin əvvəlində Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin 12 ədəd altıncı nəsil F-35A qırıcısı alacağını açıqlamışdı. Təyyarələrin təhvili onilliyin sonuna qədər nəzərdə tutulur. Qeyd edək ki, F-35A qırıcılarını istehsal edən ABŞ həm də onların daşıya bildiyi B61 nüvə bombalarının tədarükünə nəzarət edir. Bu səbəbdən nüvə silahından istifadə ilə bağlı hər hansı əməliyyata Vaşinqtonun razılığı tələb olunacaq.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
18
1
azertag.az

2Источники