RU

Alimlər Sibirdəki nəhəng kraterlərin sirrini açdı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qərbi Sibirdə aşkar edilən nəhəng qaz kraterlərinin yaranma səbəbi ilə bağlı alimlər nəhayət yekun izah təqdim ediblər. İlk dəfə 2012-ci ildə Yamal və Gidan yarımadalarında qeydə alınan bu kraterlər 50 metr dərinliyə çata bilir və torpaqla buzu yüzlərlə metr uzağa atır.

Qaynarinfo xəbər verir ki, "Independent" nəşrinin yazdığına görə, alimlər on ildən artıq müddətdə bu hadisənin səbəbini aydınlaşdırmağa çalışıblar. Müxtəlif fərziyyələr - meteoritlərin düşməsi və ya təbii qaz partlayışları irəli sürülsə də, onların heç biri məhz bu regionda kraterlərin yaranmasını tam izah edə bilmirdi.

"Kraterlər indiyədək yalnız Yamal və Gidan yarımadalarında müşahidə olunub. Bu isə göstərir ki, regionun müəyyən xüsusiyyətləri onların məhz burada, Arktikanın digər ərazilərində deyil, yaranmasına səbəb olur", deyə "Science of the Total Environment" jurnalında dərc olunmuş yeni tədqiqatda qeyd olunur.

Yeni nəzəriyyəyə görə, kraterlərin yaranmasına iki əsas amil təsir edir: bölgənin böyük qaz ehtiyatları və iqlim dəyişikliyi nəticəsində sürətlənən istiləşmə. Yeraltından qalxan qaz və istilik torpağın üst qatındakı donmuş layı əridir, bu da təzyiqin artmasına gətirib çıxarır. İqlim istiləşməsi ilə permafrostun daha da əriməsi torpağın partlayışvari çökməsinə və nəhəng kraterlərin formalaşmasına səbəb olur.

Alimlərin fikrincə, belə kraterlərin bir çoxu diqqətdən kənarda qala bilər, çünki onlar tez bir zamanda su və palçıqla dolaraq əriyən buzdan yaranan göllərə bənzəyir.

Xatırladaq ki, bir müddət əvvəl alimlər Sakit okeanda təxminən yarım əsr davam edən qəribə səsin səbəbini də araşdırıb müəyyən etmişdilər. Səsin mənbəyi 1979-cu ildə aparılmış dərin dəniz faydalı qazıntıların sınaq çıxarışı olmuşdu. İşlər başa çatdıqdan sonra da region uzun müddət "səsin əks-sədası” ilə yadda qalmışdı.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
qaynarinfo.az

1Источники