RU

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi layihəsini uğurla yekunlaşıb FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova QHT.az-a bildirib ki, komanda adından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bütün kollektivinə dərin təşəkkürlərini çatdırır:

"Agentlik tərəfindən 2025-ci il üçün elan olanan qrant müsabiqəsində qalib olduğumuz layihəni artıq uğurla yekunlaşdırmışıq. Bu qrant bizim üçün xüsusi önəm daşıyırdı. İlk dəfə bütün hesabat və sənədləşmə proseslərini praktiki şəkildə öyrənərək, təcrübə qazandıq və əlbəttə ki, bu yolda müəyyən xətalardan da nəticə çıxardıq. Ən önəmlisi isə layihənin nəticələrinin birbaşa cəzaçəkmə müəssisələrində olan və ya azadlığa yeni çıxmış qadınlara real fayda verməsidir. Layihə qadınların cəmiyyətə adaptasiyası və sosial müdafiəsi istiqamətində dəstək rolunu oynayıb".

QHT sədri əlavə edib ki, 2026-cı ildə də dəstək davam edəcək və yeni təşəbbüslərlə qadınların reabilitasiya və inteqrasiyasına xidmət edəcəklər. Məqsəd, cəza çəkmiş qadınların cəmiyyətdə layiqli yerlərini tutmasıdır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
3
cebheinfo.az

4Источники