RU

® “Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor

“Bank of Baku” istiqrazları Bakı Fond Birjasında Əsas Bazar Listinq seqmentinə alınıb.

Belə ki, Bankın sentyabrın 8-19-da abunə yazılışı baş tutan 20 milyon manatlıq istiqrazlarına 601 investor tərəfindən 682 sifariş yerləşdirilib. Sifarişlərin ümumi həcmi isə 23 milyon 433 min 100 manat təşkil edib.

Qeyd edək ki, investorların 99 faizini fiziki şəxslər təşkil edib. Bu isə kapital bazarına artan marağın və emitentə olan güvənin göstəricisidir.

AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi isə sentyabrın 23-də həyata keçirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.18 bəndinin tələblərinə cavab verdiyinə görə “Bank of Baku” istiqrazları Əsas Bazar Listinq seqmentinə alınıb.

İstiqrazlar barədə digər məlumatlar aşağıda göstərilib:

• İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

• Ticarət üsulu/forması: Kütləvi/Abunə Yazılışı

• İstiqrazların sayı: 200 min ədəd

• İlkin ticarət qiyməti: 100 manat

• İstiqrazların buraxılış həcmi: 20 milyon AZN

• İllik gəlir faizi: 13 faiz

• Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir

• Tədavül müddəti: 18 ay

Qeyd edək ki, “Bank of Baku”nun istiqrazlarının təkrar bazarda rəsmi market meykeri “ABB İnvest İnvestisiya Şirkəti”dir. Bu isə o deməkdir ki, investorlar əldə etdikləri istiqrazları tədavül müddəti başa çatmadan istənilən vaxt “ABB-İnvest”ə sata biləcəklər.

“Bank of Baku”nun məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, “Bank of Baku”nun rəsmi veb-səhifəsi – www.bankofbaku.com və ya rəsmi “Facebook” səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Избранный
27
8
azertag.az

9Источники