RU

Frenki de Yonq “Barselona” ilə müqaviləsini uzadacaq

Niderlandiya millisinin yarımmüdafiəçisi Frenki de Yonq yaxın zamanda “Barselona” ilə mövcud müqaviləsini uzadacaq.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə,  klub və futbolçunun nümayəndələri arasındakı danışıqlar pozitiv istiqamətdə davam edir. Kataloniya klubu yarımmüdafiəçiyə üç illik yeni müqavilə təklif edib və futbolçu təqdim olunan şərtlərlə razıdır. Klub rəhbərliyi və baş məşqçi Hans-Diter Flik de Yonqu komandanın layihəsi üçün vacib oyunçu hesab edirlər.

Frenki de Yonqun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 45 milyon avrodur.

Избранный
62
90deqiqe.az

1Источники