RU

İsmayıllıda maşın aşdı: sürücü öldü

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kürd Eldarbəyli kəndi ərazisində qeydə alınıb.

Axar.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
31
2
axar.az

10Источники